Vengerə klub prezidentliyi təklif edildi

13:41 - 9 Fevral 2020

"Arsenal"dan ayrıldıqdan sonra işsiz qalan Arsen Venger futbola qayıda bilər.

 

Sportal.az "L'Equipe"ə xəbər verir ki, 70 yaşlı mütəxəssisin Fransanın "Renn" klubunun prezidenti postuna namizəddir.

 

Nəşrin məlumatına görə, fransız mütəxəssis həm də idman direktoru vəzifəsini icra edə bilər Təcrübəli mütəxəssisin bu təklifi qəbul edəcəyi gözlənilir.

 

Ötən həftə "Renn"in rəhbəri Olivye Letan gözlənilmədən vəzifəsindən getmişdi.

Xəbər xətti