PSJ-dən Mbappeyə fantastik maaş təklifi

16:16 - 14 Fevral 2020

PSJ futbolçusu Kilian Mbappeni komandada saxlamağa çalışır.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçuya 5 illik müqavilə təklif edəcək. Mbappe müqavilə şərtlərini qəbul etsə, illik maaşı 50 milyon avro olacaq.

 

Hazırda illik 15 milyon avro maaş alan gənc ulduzun müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

 

PSJ Fransa millisinin üzvünü 2017-ci ildə "Monako"dan 180 milyon avroya transfer etmişdi.

Xəbər xətti