Ronaldo sevgilisinə aylıq nə qədər pul xərcləyir?

16:07 - 19 Fevral 2020

İspaniya mətbuatı Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesə aylıq ayırdığı vəsaitin miqdarından yazıb.

 

Sportal.az xəbər verir ki, “Yuventus”un hücumçusu modelə ayda 50-100 min avro arası pul ayırır. İspaniyalı rəqqas və model özünün “Instagram” səhifəsində hər reklam postuna görə 8 min avro gəlir əldə edir.
 

Rodriges vaxtının çox hissəsini Ronaldunun Turində yaşadığı evdə keçirir və uşaqlara baxır. Cütlüyün 1 övladı var. Rodriges Ronaldonun digər uşaqlarına da analıq edir.

Xəbər xətti