Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" - "Ayaks" matçında maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, İspaniya təmsilçisinin oyunçusu Allan Niom Rayan Babellə ikili mübarizə zamanı yerə yıxılıb. Hakimin oyunu dayandırması niderlandlı futbolçunu özündən çıxarıb.
Rəqibinin simuliyasiya etdiyini düşünən Babel yerdə yuvarlanmağa başlayıb. Niomun ayağa qalxdıqdan sonra axsayaraq kənara çıxmasını görən 33 yaşlı futbolçu onu təqlid edib.
"Xetafe" - "Ayaks" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
saytlarin hazirlanmasi