Tuxel "Bayern"ə, Alleqri PSJ-yə

16:29 - 24 Fevral 2020

PSJ-nin baş məşqçisi Tomas Tuxel yayda Münhen "Bayern"inə keçə bilər.

 

Sportal.az "L'Equipe"ə istinadən xəbər verir ki, alman mütəxəsisin Bundesliqa klubu ilə anlaşdığı iddia edilir. Paris klubu isə alman mütəxəssisin əvəzinə Massimiliano Alleqrini baş məşqçi postuna gətirəcək.

 

"Yuventus"dan ayrıldıqdan sonra işsiz qalan italiyalı mütəxəssisi Paris klubunun idman direktoru Leonardo komandada görmək istəyir.

 

Ötən həftə Alleqrinin Parisdə olması iddiaların yayılmasına səbəb olub.

Xəbər xətti