Kilian Mbappe koronavirus testindən keçdi

00:58 - 11 Mart 2020

PSJ-nin futbolçusu Kilian Mbappe xəstələndiyi üçün 2 gün məşqlərə qatılmayıb.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir k, klub rəhbərliyi narahat olduğu üçün boğaz ağrısından əziyyət çəkən futbolçunu koronavirus testindən keçirib. Lakin testlərin cavabı müsbət çıxmayıb.

 

 

21 yaşlı fransalı hücumçunun Çempionlar Liqasının 1/8 finalında Dortmund "Borussiya"sı ilə cavab matçında meydana çıxıb-çıxmayacağı sual altındadır.

Xəbər xətti