Fransa millisi keçmiş yarımmüdafiəçisi Jerom Roten PSJ-nin hücumçusu Kilian Mbappenin koronavirus pandemiyasına görə "Real"a transferinin baş tutmadığını açıqlayıb.
Sportal.az "Radio Montecarlo"ya istinadən xəbər verir ki, "Monako" və PSJ kimi klublarda oynamış keçmiş futbolçu tərəflərin hətta anlaşdığını bildirib:
"Kluba yaxın olan mənbələrinmə istinadən söyləyə bilərəm ki, Mbappe "Real"la anlaşmışdı. Ancaq koronavirusa görə transferin gerçəkləşməyəcək. Kilianın PSJ ilə müqaviləsi 2022-ci ildə bitəcək. Onun parislilərlə müqaviləni yeniləcəyi gözlənilmir".
Jerom Roten Antuan Qrizzmanın "Atletiko"da çıxış edərkən "Barselona"ya keçəcəyini öncədən açıqlamışdı.
PSJ Mbappeni 2017-ci ildə "Monako"dan 180 milyon avroya transfer etmişdi. 21 yaşlı futbolçu bu mövsüm 33 oyunda 30 qol vurub.
saytlarin hazirlanmasi