"Arsenal"dan qovulmağına görə məni ittiham etdi" - Emerinin keçmiş sevgilisi - FOTOLAR

15:52 - 13 Aprel 2020

"Arsenal"ın keçmiş baş məşqçisi Unai Emeri ilə sevgili olmuş Saşa Rayt ispan çalışdırıcı barədə danışıb.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 35 yaşlı Rayt Emerinin London klubundan istefaya göndərilməsindən sonra onun ittihamları üz-üzə qaldığını bildirib:

 

"Biz ayrılandan sonra "Arsenal" uğursuzluğu başladı. Emeri mənə ağ cadugər deyirdi. Söyləyirdi ki, ona uğursuzluq gətirdim. Ayrılığına görə məni ittiham etdi. Məndən ayrılandan sonra normal düşünə bilmədiyini və stressdə olduğunu dedi.

 

Düşünürdüm ki, Emeri əsl kişi və ailəcanlı bir adamdır. Emeriyə güvəndim, uşaqlarımızın olacağını düşürdüm. Sonda anladım ki, tərəf müqabilim ciddi münasibətə hazır deyil. Onu ancaq işi maraqlandırıdı. Mən yataqda uzanır, o isə futbola baxırdı. Buna çox əsəbləşdim. O, mənə hədiyyələr almırdı. Düzü, buna lüzum da yoxuydu, çünki pula ehtiyacım yox idi. Öncələr Emeri ilə vaxt keçirməyi sevirdim. Bu, inanılmaz tətil, həftə sonları, amma futbol... Tez cansıxıcı oldu. 2019-cu ilin sentyabrında ondan ayrılmağa qərar verdim".

 

 

48 yaşlı mütəxəssis 2018-2019-cu illərdə "Arsenal"ın baş məşqçisi olub.

 

Xəbər xətti