Şahmat üzrə dünya çempionu Maqnus Karlsen “Banter Blitz Cup” onlayn turnirinin finalında uduzub.
Sportal.az xəbər verir ki, norveçli qrossmeyster həlledici qarşılaşmada 16 yaşlı iranlı Əlirza Firucuya 7,5:8,5 hesabı ilə yenilib.
“Əlirza layiqli qələbə qazandı. O, inanılmaz dərəcədə güclüdür”, – Karlsen məğlubiyyəti şərh edib.
İranlı şahmatçı 14 min dollar qazanıb.
saytlarin hazirlanmasi