AFFA hakimlərə kompensasiya ödəyəcək

23:23 - 16 Aprel 2020

AFFA koronavirus pandemiyasına görə çempionatda yaranmış vəziyyətlə əlaqədar hakimlərə kompensasiya ödəyəcək.

 

Sportal.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin avstriyalı sədri Frits Ştuxlik bu barədə məlumat verib:

 

“Çempionatların dayanması hakimlərin günahı deyil. Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Vergi ödəyən və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır”.

Xəbər xətti