“Real”ın hücumçusu Luka Yoviç həbs edilə bilər.
Sportal.az xəbər verir ki, karantin qaydasını pozaraq, sevgilisinin ad gününü qeyd etmək üçün İspaniyadan Serbiyaya yollanan futbolçu cinayət məcəlləsinin 248-ci maddəsi ilə ittiham olunur. Bu maddədə 3 aydan 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.
22 yaşlı oyunçu Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi ilə həbsdən yaxasını qurtara bilər.
saytlarin hazirlanmasi