Türkiyənin Karabük bölgəsində koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov xəstəxanadan evə buraxılıb.
Sportal.az xəbər verir ki, Türkiyə fəal Futbol Hakimləri və İnspektorları dərnəyinin sədri Taner Tuncer referinin son 2 testinin mənfi çıxdığını açıqlayıb.
Məmmədov Karabük universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir. O, Karabük Həvəskarlar Liqasında hakimlik edir.
saytlarin hazirlanmasi