Rafael Nadal: "Nə üçün tennis oynaya bilməyəcəyimizi başa düşmürəm"

12:12 - 22 Aprel 2020

İspan tennisçi Rafael Nadal "Instagram" səhifəsində canlı yayımda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı roketka ustası koronavirusa görə idman yarışlarının dayandırılmasının düzgün olmadığını söyləyib:

 

"Nə üçün tennis oynaya bilməyəcəyimizi başa düşmürəm, axı kortda tennisçilər arasında məsafə uzaqdır. Bu məsafə təhlükəsizdir. Ancaq istənilən halda, qaydaları qəbul edib, ona uyğun yaşayıram".

 

Tennis turnirləri iyulun 13-dək təxirə salınıb.

Xəbər xətti