Azərbaycan millisinin bəzi üzvləri karantin günlərini necə keçirdikləri ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov vaxtını daha çox uşaqları ilə keçirdiyini söyləyib: "Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram".
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev karantin günlərini necə keçirdiyi ilə bağlı bunları bildirib: "Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır - uşaqlarımla oynaya bilirəm".
"Zirə"nin qolkiperi Emil Balayev isə qida rasionuna xüsusi diqqət yetirdiyini vurğulayıb: "İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim".
"Sabah"ın hücumçusu Ramil Şeydayev də əsasən idman etdiyini, formasını qorumağa çalışdığını deyib: "Filmlər də izləyirəm. "Centlmenlər"ə baxmağı hamıya tövsiyə edirəm".
"Vulverhempton"un oyunçusu Renat Dadaşov isə bildirib ki, karantin günlərində məşq edir və ev işlərinin görülməsinə köməklik göstərir.
saytlarin hazirlanmasi