Neymarın anası 22 yaşlı sevgilisindən ayrıldı

14:23 - 24 Aprel 2020

PSJ-nin və Braziliya millisinin hücumçusu Neymarın anası Nadine Qonsalves 22 yaşlı sevgilisi Tyaqo Ramosdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun 52 yaşlı anası sevgilisinin kişilərlə münasibət qurduğunu öyrəndikdən sonra onu həyatından silməyə qərar verib.

 

Tyaqo Ramos Neymarın şəxsi aşpazı ilə eşq yaşayıb. Kiberidmançının daha əvvələr braziliyalı komediyaçı Karlinyos Maya, milyoner Eduardo Pereyra və PR məsləhətçisi İrinaldo Oliver ilə münasibədə olduğu iddia edilir.

 

Neymar anasının Ramosla münasibətinə müsbət yanaşaraq, sosial şəbəkədə fotolarına xoş sözlər yazmışdı: "Xoşbəxt ol, ana. Səni sevirəm".

Xəbər xətti