"Kayserispor"un baş məşqçisi Robert Prosineçki Azərbaycan millisini çalışdıracağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Sportal.az "Sport Avaz"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis iddiaları təkzib edib:
"Bunu kimin yazdığını bilmirəm. Bunların heç biri olmayıb. Azərbaycandan heç kimlə əlaqə qurmamışam. Çıxan xəbərlər həqiqət deyil".
Xorvat çalışdırıcı 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.
saytlarin hazirlanmasi