PES-2021-ə COVID-19 əngəli

16:03 - 26 Aprel 2020

Populyar PES oyununun 2021-ci buraxılışı koronavirusa görə yubanacaq.

 

Sportal.az xəbər verir ki, "Pro Evolution Soccer"in sentyabrın 18-də yeni buraxılışının çıxacağı açıqlansa da, gələn futbol mövsümünün nə vaxt başlayacağı qeyri-müəyyən olduğu üçün bu, baş tutmayacaq.

 

"Konami" şirkətinin bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.

 

Daha öncə koronavirusa görə "The Last of Us Part II", "The Outer Worlds", "Wasteland" və "Iron Man VR" oyunlarının buraxılışı təxirə salınmışdı.

Xəbər xətti