Koronavirus pandemiyasının təsiri azaldıqdan sonra bərpa ediləcək futbolda FIFA yeni qaydalar tətbiq etmək istəyir.
Sportal.az xəbər verir ki, oyun zamanı futbolçu dəyişikliyinin sayı 3-dən 5-ə artırıla bilər. Bir hissə ərzində maksimum 3 dəyişiklik edilə bilər.
Futbol Assosiasiyaları Beynəlxalq Şurası (IFAB) bu təklifi müzakirə edəcək. Əgər təklif qəbul edilsə, 2021-ci ilin dekabrın 31-dək tətbiq ediləcək.
saytlarin hazirlanmasi