Azərbaycan qran-prisinin yeni vaxtı bəlli oldu

14:55 - 28 Aprel 2020

Formula 1 üzrə Azərbaycan qran-prisinin vaxtı müəyyənləşib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Bakıda keçiriləcək yarış sentyabrın 6-da baş tutacaq.

 

Mövsümə iyulun 5-də Avstriya qran-prisi ilə start veriləcək. Digər qran-prilər - Böyük Britaniya 26 iyul - 2 avqust, Macarıstan 16-23 avqust, Sinqapur 20 sentyabr, Rusiya 27 sentyabr, Çin 4 oktyabr, Yaponiya 11 oktyabr, Meksika 1 noyabr, Braziliya 8 noyabr, Vyetnam 22 noyabr, Bəhreyn 6 dekabr, Abu-Dabi 13 dekabr tarixlərində keçiriləcək.

Xəbər xətti