"Monako"nun Bakayoko qərarı

11:51 - 30 Aprel 2020

Fransanın "Monako" klubu "Çelsi"dən icarəyə götürdüyü Time Bakayoko ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, "Knyazlıq klubu" 25 yaşlı yarımmüdafiəçinin 42 milyon avroluq transfer hüququndan yararlanmayacaq. Fransa millisinin üzvü mövsümün sonunda London klubuna qayıdacaq.

 

"Çelsi" Bakayokonu 2017-ci ildə "Monako"dan 45 milyon avroya transfer etmişdi. Fransız futbolçu bu mövsüm 23 oyunda 1 qol vurub, 2 assist edib.

Xəbər xətti