"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne "Het Laatste Nieuws" qəzetinə açıqlama verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu klubun UEFA-dan aldığı 2 illik cəzanın aradan qalxmayacağı təqdirdə, komandadan ayrılacağını deyib:
"Klub qərar etriaz edəcəyini açıqladı. Bizə cəzanın aradan qalxacağına əmin olduqlarını söylədilər. Buna görə də kluba güvənirik. Son qərardan sonra hər şeyi yenidən gözdən keçirəcəyəm. 2 illik cəza burada qalmağım üçün uzun zamandır. Əgər cəza 1 il edilsə, komandada qalmağı düşünərəm.
Dünyanın ən yaxşı komandalarından birindəyəm. Məncə, dünyanın ən yaxşı liqasında oynayıram və buna görə xoşbəxtəm. Bu, mənə ən yaxşı olmaq üçün motivasiya verir və buna ehtiyacım var".
UEFA "Mançester Siti"ni Maliyyə Feyr-Pley qaydalarını pozduğu üçün 2 mövsüm Avropa kuboklarından uzaqlaşdırıb və 30 milyon funt-sterlinq cərimə edib.
saytlarin hazirlanmasi