“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil oruc tutan insanlara yardım edib.
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 min funt-sterlinq köçürüb. Onun yardımı ilə Türkiyə və Suriyada yaşayan 16 min insan ərzaq və dərman ilə təmin olunacaq.
Özil London klubunda həftəlik 350 min funt-sterlinq maaş alır.
saytlarin hazirlanmasi