"Mançester Siti" Kevin De Bruyneni saxlamaq istəyir

12:12 - 6 May 2020

"Mançester Siti" yarımmüdafiəçisi Kevin De Bruyenin müqaviləsini uzatmaq istəyir.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "şəhərlilər" illik 19,7 milyon avro maaş alan belçikalı futbolçunun qazancını artırmağa hazırdır.

 

28 yaşlı oyunçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, klubun UEFA-dan 2 illik cəza aldığı üçün ayrılmaq barədə düşündüyünü açıqlamışdı.

 

"Mançester Siti" "Genk"in yetirməsini 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer edib. De Bruyne bu mövsüm Premyer Liqada 26 oyunda 8 qol vurub, 16 assist edib.

 

Xəbər xətti