Sonun əsgərlik şəkli yayıldı

11:25 - 7 May 2020

"Tottenhem"in futbolçusu Son Hın Minin hərbi xidmətdəki şəkli yayılıb.

 

Sportal.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, cənubi koreyalı hücumçu Jeju adasında xidmət edir.

 

O, silah təlimində iştirak edərək atəş açmağı öyrənib.

 

Ulduz futbolçu gözyaşardıcı qazların atıldığı binada əlehqazla gəzib, pusqu qurmağı, tikanlı məftillərdə sürünməyi öyrənib.

 

Futbolçuya növbəti hərbi dərslərdə kimyəvi və nüvə silahları ilə bağlı təlimlər keçiriləcək.

 

27 yaşlı futbolçu 2018-ci ildə Asiya oyunlarında millisi ilə qızıl medal qazandığı üçün 21 aylıq hərbi xidməti 1 ayla əvəzlənib.

Xəbər xətti