"Liverpul"un baş məşqçisi Yurgen Klopp 2015-ci ildə Meksika millisində işləməkdən imtina edib.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, alman mütəxəssis həmin il Dortmund "Borussiya"sından ayrıldıqdan sonra Meksika millisindən təklif alıb. Ancaq 52 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında işləmək üçün təklifi rədd edib.
2015-ci ildə "Liverpu"la müqavilə imzalayan Klopp "qırmızılar"a 1 dəfə Çempionlar Liqasını qazandırıb. Mersisaydlılar hazırda koronavirusa görə dayandırılan çempionatın lideridir. Təcrübəli çalışdırıcının sözləşməsi 2024-cü ilin iyunun 30-dəkdir.
saytlarin hazirlanmasi