"Başakşəhər"in norveçli futbolçusu Fredrik Qulbrandsen koronavirusa görə elan edilən karantin müddətində vətəninə qayıda bilməyib.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu karantini İstanbulda sevgilisi Malene Pedersenlə keçirdiyini deyib:
"Evə gedə bilmədim, 2 ay mənim üçün sıxıcı keçdi. Sevgilim də Norveçə qayıtmaq istədi, amma hava limanı bağlandı və planlar dəyişdi. Super Liqanın iyunun 12-də bərpa ediləcəyi açıqlandı. Bunun reallaşacağına şübhə edirəm".
23 yaşlı Pedersen modeldir.
saytlarin hazirlanmasi