"Qəbələ"nin avrokuboklardakı bombardiri

10:47 - 8 May 2020

“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb. Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb.

 

2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.

 

2-ci sırada Teo Uiksdir. Avrokubokdakı yeganə het-trikin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.

 

“Qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.

 

1. Sergey Zenyov - 6

2. Teo Uiks - 5

3. Dodo - 4

4-6. Filip Ozobiç - 3

Baqali Dabo - 3

Cavid Hüseynov -  3.

Xəbər xətti