Koronavirus pandemiyasına görə başa çatdırılan Fransa I Liqasının bombardiri müəyyənləşib.
Sportal.az xəbər verir ki, çempionatın ən sərrast futbolçusu aktivində 18 qol olan PSJ-nin hücumçusu Kilian Mbappe olub. O, çempionatın "qızıl buts" mükafatını qazanıb.
"Monako"nun hücumçusu Vissam Ben Yedder də 18 qol vurub. Lakin fransız futbolçu bu qollardan 3-nü penaltidən rəqib qapısından keçirib. "Lion"un forvardı Mussa Dembele 16 qolla 3-cü olub.
saytlarin hazirlanmasi