Koronavirusa görə karantin qaydalarını pozaraq, evinə 2 fahişə çağıran “Mançester Siti”nin müdafiəçisi Kayl Uolker "Twitter"də açıqlama verib.
Sportal.az xəbər verir ki, 29 yaşlı ingilis futbolçu baş verən hadisənin ailəsinə təsir etdiyini deyib:
“Deyəsən, kifayət qədər fasilə verdim. Mənim və ailəm barədə yazılan son xəbərlərə görə reaksiya verməli oldum. Bu yaxınlarda həyatımın ən çətin dövrünü geridə qoydum. Buna görə məsuliyyət daşıyıram. Ancaq indi qorxduğum bir şey var. Bu söz-söhbət tək mənə deyil, ailəmə də təsir edir. Azyaşlı uşaqlarım var. Özümü həmişə təcavüzkar hiss edirəm”.
saytlarin hazirlanmasi