"Valensiya"nın müdafiəçisi Esekel Qaray və həyat yoldaşı Tamara Qoro 2 aydan sonra ilk dəfə övladları ilə görüşüb.
Sportal.az xəbər verir ki, onlar martın ortalarında övladlarını Madriddə yaşayan valideynlərinin yanına göndərmişdi. Bundan bir neçə gün sonra isə cütlük COVID-19-a yoluxmuşdu.
Onlar infeksiyadan qurtulsa da, İspaniyada səyahət məhdudiyyətinə görə uşaqlarını görə bilmirdi.
"Nəhayət, uşaqlarımızı 2 aydan sonra gördük. Videonun keyfiyyəti aşağıdır, anam çəkdi. Ancaq o qədər dəyərlidir ki, sizinlə paylaşıram. Hisslərimi sözlə ifadə edə bilmirəm. Uşaqlarımı yenidən qucaqlamaq hissi...", - Qarayın xanımı Qorro bu gün yenidən övladlarına qovuşmaları barədə "Instagram"da qeyd edib.
saytlarin hazirlanmasi