"Palmeyras"ın braziliyalı hücumçusu Luis Adrianonun rusiyalı arvadı Yekaterina Dorojka qaradərili futbolçu ilə evləndiyi üçün ölüm təhdidləri aldığını açıqlayıb.
Sportal.az xəbər verir ki, rus fotomodel bu barədə "Instagram" hesabında məlumat verib. O, ötən il Adrianonun "Palmeyras"a transferindən sonra Braziliyaya köçdüyünü və yaranan söz-söhbətlərə dözdüyünü deyib:
"Hər gün ölümümü, ailəmdə xəstəliyin olmasını diləyən insanlar var idi. Məni tapıb öldürməyə və başıma qorxunc şeylər açacaqlarını yazırdılar. Çünki mən qaradərili insanla evlənmişdim. Ancaq dəmir kimi dözümlü insanam".
Katya ABŞ-da 46 yaşlı polis məmurunun yolda şübhəli şəxs qismində saxlanılan afroamerikalı Corc Floydun boğaraq öldürməsindən sonra bu etirafı paylaşıb: "Tərbiyə və dünyaya baxışıma görə valideynlərimə təşəkkür edirəm. İnsanları dininə, saç və əri rənginə görə ayırmamışam. Mənim üçün hamı eynidir. Ailəmin yarısı qaradərilidir. Məni qəbul etməyəcəklərindən qorxurdum, çünki rusam və fərqli mentaletitə sahibəm. Niyə insanlar arasında bu qədər problem var? Yekunda eşq və dostluq rəng tanımır. Əgər cənnət və cəhənnəm varsa, cəhənnəm buradadır. Kaş bütün insanlar mehriban olardı".
Luis Adriano 3 övladının anasından ayrıldıqdan sonra rusiyalı modellə evlənmişdi. O, Dorojka ilə "Spartak"da çıxış edərkən tanış olmuşdu.
saytlarin hazirlanmasi