Serbiyalı basketbolçu Militsa Daboviç maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 38 yaşlı idmançı 2009-cu ildə “Beşiktaş”dan Yunanıstanın “Palero” klubuna keçidi barədə danışarkən gündəmə düşəcək sözlər deyib. Daboviç Yunanıstan klubunun prezidentinin onunla yatmaq istədiyi üçün transfer etdiyini deyib:
“2009-cu ildə “Beşikdaş”dan Yunanıstan klubuna getdim. Mənə aylıq 20 min avro maaş ödəyirdilər və bu, böyük rəqəm idi. Klub prezidenti mənə bir gecəlik münasibət təklif etdi. Onun cinsi əlaqədə olmaq istədiyini qəbul etmədim. Buna görə 3 ay maaşımı vermədilər və sonra da müqaviləmi pozdular. Ayaqlarımı pul üçün açmadım və buna görə qürurlu insanam. Vicdanım sakitdir və gecələr rahat yatıram”.
Daboviç 2016-cı ildə Serbiya yığması ilə Rio olimpiadasında bürünc medal qazanıb. O, həmin il karyerasını bitirib.
saytlarin hazirlanmasi