Estoniya çempionatda futbolçu 13-cü saniyədə əvəzləndi - VİDEO

12:08 - 23 Sentyabr 2020

Estoniyanın "Nomme Kalyu" klubu ölkə çempionatının 21-ci turunda "Levadiya" ilə matçda maraqlı addım atıb.

 

Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı Marko Kristal 13-cü saniyədə 16 yaşlı Mark Oliver Roosnuppu əvəz edib. Onun yerinə meydana 22 yaşlı Vladislav Xomutov girib.

 

Çempionatın əsasnaməsinə görə, hər komanda start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. Mark Oliver Roosnupp klubun yetirməsi kimi oyuna daxil olub və baş məşqçi əsasnaməyə görə onu erkən əvəz edib.

 

Qarşılaşma "Nomme Kalyu"nun məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

 

Xəbər xətti