Boatenqin keçmiş sevgilisi evində ölü tapıldı

00:20 - 11 Fevral 2021

"Bayern"in futbolçusu Jerom Boatenqin keçmiş sevgilisi Kasia Lenhardt evində ölü tapılıb.

 

Sportal.az xəbər verir ki, Berlin polisi meyitin üzərində zorakılıq izlərinə rast gəlinmədiyini açıqlayıb.

 

Boatenqin ötən həftə sevgilisi ilə 15 aylıq münasibətinə son verdiyi xəbərləri yayılmışdı.

 

Almaniyanın "Bild" nəşri isə Lehnhardtın yanvar ayında Boatenqin avtomobilində qəza keçirdiyi və həmin vaxt onun qanında alkaqol aşkarlandığı haqda yazmışdı.

Xəbər xətti