"Barselona"da ilk qolunu vuran futbolçu özünə "Lamborghini" aldı

00:27 - 11 Fevral 2021

"Barselona"nın futbolçusu Frantsisko Trinkao "Lamborghini Huracan EVO" idman avtomobilini alıb.

 

Sportal.az xəbər verir, maşının qiyməti minimum 250 min avrodan başlayır.

 

Frantsisko Trinkao fevralın 7-də La Liqanın XXII turunda "Betis"lə görüşdə qələbə qolunu vurub - 3:2. Bu, oyunçunun Kataloniya təmsilçisinin əsas komandasında ilk qoludur.

Xəbər xətti