“Apollon”un (Limassol) futbolçusu Donald Gerye yenidən Azərbaycanda oynamağa yaxın olub.
Sportal.az saytının məlumatına görə, haitili futbolçuya klublarımızdan biri təklif göndərib.
Bu barədə Limassol klubunun müdafiəçisi özü saytımıza açıqlamasında bildirib.
“Neftçi” və “Qarabağ” klublarında çıxış etmiş haitili bunları deyib:
“Əslində, 1 nəfər mənə Azərbaycandan təklif gətirmək istəyirdi. Belə variant var idi. Sadəcə mən özüm yox dedim. Məsələ də belə bağlandı”.