İngiltərənin "Arsenal" klubu ciddi tiki ilə üzləşib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qranit Caka sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqanın 6-cı turunun "Tottenhem"lə oyununda (3:1) zədələnən 29 yaşlı yarımmüdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gəlib. Diz bağından zədə alan isveçrəli futbolçunun bərpa müddəti 3 ay çəkəcək.
saytlarin hazirlanmasi