“Qarabağ” Konfrans Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Ağdam klubu "Omoniya"nın qonağı olub.
Nikosiyadakı görüşün ilk yarısında məğlub olan ağdamlılar fasilədən sonra geridönüş yarada bilib. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2-ci hissədə 4 qol vuraraq rəqibini məğlub edib və qrupda ilk qələbəsini qazanıb.
Avropa Konfrans Liqası
H qrupu
30 sentyabr
"Omoniya” - “Qarabağ" 1:4
Qol: Lecyaks, 40 - Kadi Borqes, 53, 90+3, Ramil Şeydayev, 73, Maksim Medvedev, 78 (p)
"Omoniya": 40. Fabiano, 2. Paris Psaltis, 15. Tomas Huboçan, 22. Adam Lanq, 17. Yan Lecyaks, 20. Panaqiotis Zakariu, 19. Fuad Baçiru,16. Jordi Qomes (k), 21. Marinos Tzioni, 13. Fotis Populis, 80. Andranikos Kakulli
Baş məşqçi: Henninq Berq
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 27. Toral Bayramov, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 6. Patrik Andrade (7. Riçard Almeyda, 85) 2. Qara Qarayev, 19. Fİlip Ozobiç (29. Marko Veşoviç, 74), 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji (77. Ramil Şeydayev, 66)
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Bobbi Madden (Şotlandiya).
Nikosiya. GSP stadionu.