"Omoniya"nın "Qarabağ"la matçda əsas üstünlüyü evdə oynamasıdı"

13:37 - 30 Sentyabr 2021

"Omoniya" – "Qarabağ" matçının gərgin və çətin keçəcəyini gözləyirəm. Fikrimcə, bu oyunda çox da qol vurulmayacaq. Çünki həm "Omoniya", həm də "Qarabağ"ın müdafiədə yaxşı taktikası var".

Bu sözləri Sportal.az saytına açıqlamasında Georgios Pelagios deyib.

Azərbaycanda oynamış yeganə kiprli futbolçu olan Pelagios bu gün Konfrans Liqasının H qrup mərhələsinin 2-ci turu çərçivəsində oynanılacaq “Omoniya” – “Qarabağ” görüşü barədə fikirlərini söyləyib.

Kipr millisinin sabiq üzvü, vaxtilə “Bakı”da oynamış Pelagiosun fikrincə, Nikosiya klubunun da bu matçda üstünlüyü var: "Qarabağ" uzun illərdi ki, avrokuboklarda oynayır. Hardasa daha yaxşı təcrübəyə malik ola bilər. Amma "Omoniya"nın "Qarabağ"la matçda əsas üstünlüyü var. O da evdə oynamasıdı. Hər halda yaxşı dəstəkləri olacaq".

Xəbər xətti