İntizam Komitəsi klubları cərimələdi

15:50 - 30 Sentyabr 2021

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın V turunun “Keşlə” – “Qarabağ” oyununda  matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

 

“Keşlə” klubunun  baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur.

 

“Səbail” – “Zirə” oyununda  matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

 

“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

 

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.

 

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Xəbər xətti