"Milan" UEFA-ya şikayət edir: Cüneyt Çakırı cəza gözləyir

19:13 - 30 Sentyabr 2021

İtaliyanın "Milan" klubu "Atletiko" ilə Çempionlar Liqası qrup mərhələsinin 2-ci turunun oyunundakı (1:2) idarəçiliyinə görə Cüneyt Çakırdan UEFA-ya şikayət edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Xəbərdə UEFA-nın Çakırın zəif idarəçiliyini qəbul etdiyi və türkiyəli hakimə uzun müddət oyun verilməyəcəyi bildirilib. Bundan başqa penalti epizodu zamanı müdaxilə etməyən VAR hakimi Abdulkadir Bitigen də eyni şəkildə cəzalandırılacaq.

 

Qeyd edək ki, Cüneyt Çakır "Milan" - "Atletiko" matçının 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Frank Kessiyə qırmızı vərəqə göstərib, 90+4-cü dəqiqədə isə italyanların qapısına penalti təyin edib.

Xəbər xətti