"Qarabağ" "Omoniya"ya qarşı çox yaxşı futbol oynadı. Kiprdə çempiona qalib gəlmək çox yaxşı haldı. “Qarabağ”ı bu qələbə münasibətilə təbrik edirəm".
Bu sözləri Sportal.az saytına açıqlamasında Con Van Leon deyib.
"Qarabağ"ın futbol akademiyasında direktor vəzifəsində çalışmış niderlandlı futbol mütəxəssisi Mahir Emrelinin “Legiya”dakı çıxışından da danışıb. Van Leonun fikrincə, Emreli Niderlandın top klublarının da maraq dairəsinə düşə bilər:
"Mahir Emreli həqiqətən də çox yaxşı futbolçudu. Bəlkə də Niderland klublarının da maraq dairəsinə düşə bilər. Mahir üçün ən yaxşı komanda “Feyenoord” olardı. Gələcəkdə onun hansı klublarda oynayacağını görəcəyik".