"Təbii ki, "Qarabağ"dan qələbə gözləyirdik. İlk hissədə hesabda geri düşsələr belə, onlara inam böyük idi. Çünki "Qarabağ" "Omoniya"dan üstün futbol oynayırdı. Bunun da nəticəsində "Qarabağ" 2-ci yarıda qələbə qazandı. "Qarabağ" azarkeşlərini və klubu gözəl qələbə münasibətilə təbrik edirəm".
Bu sözləri Sportal.az saytına açıqlamasında Emin İmaməliyev deyib.
Ağdam klubunun veteran futbolçularından olan İmaməliyev "Qarabağ"ın qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Hazırda "Qarabağ" 4 xalla liderdi. Bundan sonrakı oyunlarda da "Qarabağ" maksimum xal yığıb qrupdan çıxmaq üçün çalışacaq. Biz buna inanırıq. Ki, "Qarabağ" bunu bacaracaq və ilkə imza atacaq".
O, Kadi Borgesin dublu və Ramil Şeydayevin uzun müddət sonra vurduğu qol haqda danışıb: "Kadi Borges çox gözəl və baxımlı qollar vurdu. Ramil Şeydayev də qolunu vurdu. Yəqin ki, bundan sonra o, daha çox qol vuracaq".
"Mahirin Azərbaycan futbolunu layiqincə təmsil etməsi sevindiricidi. Ancaq bununla kifaytlənmək olmaz. Öz üzərində daha çox işləməlidi ki, mütəmadi olaraq əsas heyətdə yerini qorusun, daha çox qol vursun. Mahirə uğurlar arzulayıram" - deyə, Emin İmaməliyev fikirlərini yekunlaşdırıb.
saytlarin hazirlanmasi
