İngiltərə Premyer Liqasının 7-ci turunda "Liverpul" və "Mançester Siti" komandaları üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, qarşılaşma öncəsi "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib. İspaniyalı mütəxəssis "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun onun daha yaxşı baş məşqçi olmasında əməyi olduğunu bildirib:
"Yurgen Kloppun komandaları mənim daha yaxşı bir baş məşqçi olmağımı təmin etdi. Məni başqa bir səviyyəyə qaldırdı, özümü sübut etmək ehtiyacı yaratdı. Hazırda bu işdə olmağımın səbəbi budur".
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" görüşü oktyabrın 3-ü Bakı vaxtilə saat 19:30-da baş tutacaq.
saytlarin hazirlanmasi