"Qəbələ"nin "Qarabağ"la 62-ci dueli

23:38 - 2 Oktyabr 2021

Sabah Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq. Turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son matçda “Qarabağ”la qarşılaşacaq. Bu görüş Ağdam təmsilçisinin meydanında keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu matç iki komanda arasında 62-ci duel olacaq. “Qəbələ” ilə “Qarabağ” indiyədək 61 dəfə üz-üzə gəlib. Bu oyunlarda 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 30 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran futbolçular öz qapısından 90 top buraxıb.

 

“Qəbələ” Premyer Liqada 51-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 50 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 26 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 76 top buraxıb.

 

“Qəbələ” tarixində 31-ci dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 9 heç-heçə edib və 17 dəfə uduzub. Səfərdə 21 qolu olan futbolçular 49 top buraxıb.

 

Oktyabrın 3-də “Azersun Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

Xəbər xətti