İtaliyada yaşayan azərbaycanlı: "Top klubda oynamış ilk azərbaycanlı olmaq istəyirəm" - MÜSAHİBƏ

14:35 - 3 Oktyabr 2021

Azərbaycanı ölkə xaricində təmsil edən futbolçularımızdan biri də Raul Yaqubovdu. İtaliyada “Peruca” klubuna məxsus olan yarımmüdafiəçi hazırda gənclər komandasında forma geyinir. B seriyasında çıxış edən əsas komandanın da cəlb edilən 17 yaşlı futbolçu Sportal.az saytına müsahibə verib:

- İtaliyadakı işlərin necə gedir? “Peruca”da qalacaqsan?
- Şükür Allaha işlərim yaxşı gedir. Hər şey yaxşıdı. Məni narahat edən bir şey yoxdu, çalışıram, məşqlərimi edirəm. Qarşımda məqsədlər var. 

- Gənclər liqasında oynayırsan. Hər şey ürəyincədi?
- Bəli, çempionat start götürüb. Maraqlı çempionat gedir. Çalışırıq ki, özümüzü yaxşı tərəfdən göstərək.

- Yaxın vaxtlarda “Peruca”nın əsas komandasında çıxış etmək mümkün olacaq?
- Əsas komandaya düşmək hələ ki, çox çətindi. Amma çox xoşbəxtəm ki, özümü göstərməyim üçün mənə də şans yaradırlar. “Peruca”nın əsas komandasının məşqlərinə cəlb edirlər. Bu da çox sevindirici haldı. Hər halda burada hər şeyin necə ciddi olduğunu siz məndən də yaxşı bilirsiniz. Dünyada futbolun ən yaxşı səviyyədə olduğu ölkələrdən biri İtaliyadı..

- Artıq İtaliyaya tam adaptasiya olmusan? A seriyası, B seriyası və ya ən azından C seriyasının komandalarından birinə düşə bilməsən Azərbaycana qayıtmaq planın var, yoxsa ancaq orada qalmaq istəyirsən?
- Açığı, hələ bu barədə düşünməmişəm. Hazırda İtaliyadayam və məşqlərimi edib, məqsədlərimə çatmaq istəyirəm. “Peruca” ilə müqaviləm var. Qalacam yoxsa, yox bunu zaman göstərəcək. Azərbaycana qayıdıb, orada oynamaq məsələsinə gəlincə, düzü, bu barədə düşünməmişəm. Məqsədlərim arasında yoxdu. Əlimdən gələni edəcəm ki, İtaliyada qalım. Çox istəyirəm ki, top klubda oynamış ilk azərbaycanlı olum. Nəyin necə olacağını təkcə Allah bilir. Hər halda mənim də yaxşı planlarım var. Görək də necə alınacaq. Hər şeyin yaxşı olacağına inanıram.

- Dünya və Avropa ölkələrində elə yığmalar var ki, 17-18 yaşlı istedadlı futbolçular A milliyə cəlb edilir. “Peruca”nın əsas heyətində oynasaydın sən də Azərbaycan əsas millisinə cəlb edilərdin?
- Hər şeyin öz zamanı var. Mən işləməyə davam edəcəm. Daha çox işləyib, sübut etmək lazımdı.

- Yeri gəlmişkən, Azərbaycan millisinin baş məşqçisi italiyalı Canni De Byazidi. Yəqin ki, milliyə cəlb edilsəydin onunla italyan dilində danışmaq çətin olmazdı? Səninlə heç maraqlanıblar?
- Bəli, Canni De Byazinin baş məşqçi kimi millimizə gətirilməsi yaxşı seçimdi. Ümidvaram ki, onun millimizdəki işləri yaxşı alınacaq. Hər halda o, Albaniya yığmasına Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasına kömək olub. Maraqlanmaq məsələsinə gəlincə, əlbəttə ki, sağolsunlar daima maraqlanırlar federasiyadan. 

 

Xəbər xətti