Azərbaycan millisinə dəvət alan Renat Dadaşov icarə əsasında çıxış etdiyi "Tondela"da adından söz etdirməyi bacarır.
Sportal.az xəbər verir ki, forvard yeni komandasında 2 qol vurmağı bacarıb. "Santa Klara"nın məşqçisi Danildo Assioli saytımıza açıqlama verərək Dadaşov barədə danışıb.
Vaxtilə "İnter"də(indiki "Keşlə") 5 ilə yaxın çıxış etmiş Danildonun fikrincə, millimizin hücumçusu artıq özünü Portuqaliyada göstərməyi bacarır: "Dadaşovu "Tondela"dan tanıyıram. O, maraqlı yol keçməyi bacarıb. Portuqaliyada özünü göstərməyi bacarır.
Gənc yaşda hər futbolçu "Vulverhempton"da oynaya bilmir. Dadaşov bu komandaya məxsusdu. Onun Azərbaycan millisinin azarkeşlərini sevindirəcəyinə inanıram".