Klaudiyo Ranyeri yenidən İngiltərəyə qayıdıb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis "Uotford"un baş məşqçisi olacaq. 69 yaşlı çalışdırıcı artıq müqavilə imzalamaq üçün Premyer Liqa təmsilçisinin bazasına gəlib. Sözləşmə imzalandıqdan sonra rəsmi açıqlama veriləcək.
"Sarı-qaralar" uğursuz nəticələrə görə dünən baş məşqçi Xisko Munyozla yollarını ayırıb.
Qeyd edək ki, "Uotford" 7 turdan sonra topladığı 7 xalla Premyer Liqanın turnir cədvəlində 15-ci pillədədi.
saytlarin hazirlanmasi