"Milli komandaya dəvət aldığıma görə xoşbəxtəm"

11:21 - 5 Oktyabr 2021

“Sabah”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına açıqlama verib. O, ölkə çempionatının 6-cı turu çərçivəsində “Keşlə”yə məğlubiyyəti şərh edib. Bundan savayı ölkə çempionatındakı uğursuzluqla bağlı fikir bildirib:

“Keşlə”yə qarşı oyunumuz gərgin alındı. Oyunboyu üstün oynasaq da, yaratdığımız qol imkanından yararlana bilmədik. Rəqibin qapalı oynaması da imkanlarımız elə də çox olmadı. Hədəfimiz təkcə sonuncu pillədən çıxmaq yox, həm də avrokuboklara vəsiqə qazanmaqdı. Təəssüf ki, xallar toplaya bilmədik. Amma inanıram ki, bu durumdan çıxacağıq. Rəhbərlik, məşqçilər və futbolçular hər şeyi edir. Daha yaxşı olacağımıza inanıram”.

​Azərbaycan millisinə dəvət edilən Bəxtiyar Həsənalızadə bu haqda da fikrini deyib: “Milliyə dəvət aldığıma görə xoşbəxtəm, şadam. Əlbəttə ki, millidə yer almaq hər zaman xoşdu, sevindiricidi. Allah qoysa, milliyə xeyir verərəm. Əlimdən gələni edəcəm”.

Xəbər xətti