"Milliyə dəvət almamağımda özümün böyük səhvi var"

12:45 - 5 Oktyabr 2021

“Özümə xüsusi məşqçi tutmuşam. Bu gündən onunla da məşq edəcəm. Oyunlarda çox qol epizodu yaradıram, mənim üçün yaranır. Amma indiyə qədər cəmi 1 qol vurub, 1 də penalti qazanmışam. Xüsusi məşqçini də elə buna görə tutmuşam”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Keçiörəngücü”nün futbolçusu Vüsal İsgəndərli deyib.

​Türkiyənin 1-ci divizionunda çıxış edən futbolçu Azərbaycan milli komandasına cəlb olunmamasına da reaksiya verib. O, məsələ haqda bu cür danışıb: “Milliyə dəvət almamağımda özümün böyük səhvi var. Gərək hər oyun qol və ya assist edim, daha çox diqqət çəkim. Əminəm ki, “Keçiörəngücü”ndə özümü ən yaxşı tərəfdən göstərəm və milli komandamızın məşqçiləri mənə də dəvət göndərəcək”.

Xəbər xətti